• Bakı 14° C

    5.93 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın - VİDEO

HADİSƏ

15 Noyabr 2025 | 22:16

Bakıda 17 mərtəbəli yaşayış binasında yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onyeddimərtəbəli yaşayış binasının onyeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 m² sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

 


SON XƏBƏRLƏR