• Bakı C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Məşhur mağazadan külli miqdarda pul oğurlandı

HADİSƏ

15 Dekabr 2025 | 15:10

Məşhur mağazadan külli miqdarda pul oğurlandı

"AZNUR" MMC-nin tabeçiliyində olan "Belaruski" mağazalar şəbəkəsinin filialından külli miqdarda pul oğurlanıb.

Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, mağazada fəhlə kimi çalışan Anar Məmmədov (adı və soyadı şərtidir) müdirin otağına qanunsuz daxil olaraq 36 404 manat məbləği cinayət yolu ilə mənimsəyib.

Seyfdən oğurladığı pulların bir qismini öz ehtiyacları üçün xərcləyən Anar Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılan zaman cinayət əməlini etiraf edib.

Saxlanılan zaman üzərində 32 900 manat olan təqsirləndirilən şəxs dəymiş zərərin qalan hissəsini "AZNUR" MMC-yə ödəyib. Bundan sonra zərərçəkmiş şəxs A.Məmmədovdan şikayətçi olmayıb.

Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən, 1999-cu il təvəllüdlü A.Məmmədovun azadlığı üç il müddətinə məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR