• Bakı C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9832

    RUB - 2.1692

Məktəb direktoru piyadanı maşınla vurdu

HADİSƏ

14 Yanvar 2026 | 12:04

Məktəb direktoru piyadanı maşınla vurdu

Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

“Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib. 

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda deyilir.

APA-nın xəbərinə görə, avtomobillə qəza törədərək piyada Xudu Abdulla oğlu Əliyevi vuran Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.


SON XƏBƏRLƏR

13 Yanvar 2026