Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürüldüyü müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
***
13:41
Biləsuvarın İsmətli kəndində gəlini və onun qardaşı tərəfindən öldürüldüyü ehtimal edilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın nəşinin ekshumasiyası həyata keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, mərhum bir neçə ay öncə dəfn olunmuşdu.
Qeyd edək ki, təzyiqdən öldüyü deyilən qadının əslində qətlə yetirildiyi ortaya çıxıb.
***
10:06
Biləsuvar sakini boğularaq öldürülüb, təsərrüfatlar məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
09:45
Biləsuvarda ölən qadının sonradan qətl olduğu məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Bu zaman onun qan təzyiqindən ölməsini biliblər.
Dünən ortaya çıxan kamera görüntülərindən onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prrokurorluğunda araşdırma başlanılıb.
Bakı 




