Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qıpçaq kəndi ərazisində qeydə alınıb.
Kənd ərazisində hərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dirəyə çırpılıb.
Hadisə nəticəsində avtomobildə olan 1991-ci il təvəllüdlü Əfqan Əhliman oğlu Məmmədov və 1993-cü il təvəllüdlü Seymur Aydın oğlu Əhmədov xəsarət alıblar. Xəsarət alanların hər ikisi rayonun İbaxlı kənd sakinidir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



