• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Balakəndə ağır qəza - Ölən və yaralananlar var

HADİSƏ

15 Dekabr 2025 | 19:14

Balakəndə ağır qəza - Ölən və yaralananlar var

Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az  xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub.

Belə ki, “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.


SON XƏBƏRLƏR