• Bakı 14° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Bu ölkədə yeni virus YAYILIR

DÜNYA

15 Noyabr 2025 | 19:45

Bu ölkədə yeni virus YAYILIR

Efiopiyada ilk dəfə yoluxucu Marburq virusunun yayılması rəsmən təsdiqlənib.

Bakıvaxtı.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, ölkənin cənub bölgəsində - Cənubi Sudan sərhədi yaxınlığında tibb işçiləri də daxil olmaqla doqquz nəfərdə virus aşkarlanıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, müəyyən olunan virus Şərqi Afrikada əvvəlki epidemiyalarda rast gəlinən ştamla eynidir. Təşkilat hadisəyə reaksiyadan ötrü Efiopiyaya ehtiyat fondlarından 300 min dollar ayırıb və tibbi ləvazimatlar göndərib.

Məlumata əsasən, ölkənin sərhədlərində sanitar və karantin nəzarəti gücləndirilib. Bununla yanaşı, Marburq virusunu müəyyən etmək üçün test sistemi hazırlanıb və xəstəlikdən qorunma məqsədilə vaksin üzərində iş aparılıb.


SON XƏBƏRLƏR