• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Qazaxıstanda üç nəfər soyuqdan dondu

    DÜNYA

    15 Dekabr 2025 | 17:07

    Qazaxıstanda üç nəfər soyuqdan dondu

    Qərbi Qazaxıstan bölgəsində şaxtalı hava şəraitində üç nəfər donaraq həyatını itirib.

    Bakıvaxtı.az xəbər verir ki, əvvəl müxtəlif rayonların sakinləri itkin düşmüş kimi qeydə alınıblar.

    Dekabrın 15-i isə onlardan üç kişinin cəsədi tapılıb. Onlar Janibek rayonunun 57, Bokeyord rayonunun 25 və Kaztalov rayonunun 35 yaşlı sakinləridir. Onların hamısı hipotermiyadan ölüblər.

    Məlumata görə, Akjayık rayonunun 54 yaşlı sakini sağ tapılıb, lakin onun əlləri və ayaqları donub.

    Janibek rayonunun 59 yaşlı sakini isə hələ də itkin düşmüş sayılır və onun axtarışı aparılır./AZƏRTAC 


    SON XƏBƏRLƏR