Yaponiyanın baş naziri Sanae Takaiçinin Tayvan və Pekinin sərt reaksiyası ilə bağlı şərhlərindən sonra Çinlə münasibətlərin pisləşməsi fonunda Yaponiya zooparkları Çin pandalarından məhrum olacaq.
Bakıvaxtı.az "Kyodo" xəbər agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Çindən icarəyə götürülmüş iki pandası - Xiao Xiao və Lei Lei olduğu bildirilir. Onlar Tokionun Ueno Zooparkının əsas görməli yerlərindən birinə çevriliblər.
Agentliyin mənbələri hər iki pandanın 2026-cı ilin yanvar ayında vətənlərinə qaytarılacağını bildiriblər. Heyvanların rəsmi icarə müqaviləsinin gələn ilin fevral ayında başa çatması planlaşdırılırdı.
Bu, Yaponiyanı yarım əsrdən sonra ilk dəfə zooparklarında pandalardan məhrum edəcək.
Gülşən Şərif
Bakı 



