• Bakı 15° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Mpabbe Azərbaycana gəlmədiyinə görə tənqid olundu

İDMAN

15 Noyabr 2025 | 15:26

Mpabbe Azərbaycana gəlmədiyinə görə tənqid olundu

Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı oyunda iştirak etməməsi səbəbi ilə tənqid olunub.

Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, Fransa millisinin sabiq yarımmüdafiəçisi Jerom Roten komandanın hücumçusu və kapitanı Kilian Mbappeni Azərbaycana qarşı oyunda topuq zədəsi bəhanəsi ilə iştirat etməmə qərarını pisləyib.

"Biz Ukrayna ilə oyunun 80-ci dəqiqəsində 4:0 hesabı ilə üstün olduğumuz zaman özümüzə sual verirdik, kim Bakıya getməmək üçün zədə uydura bilər?

Mbappe Fransa millisinin kapitanıdır, ona xüsusi yanaşırlar, amma onun komanda yoldaşları da var. Siz həqiqətən düşünürsünüz ki, Bakıya gedənlərin hamısı il ərzində Mbappe qədər və ya daha çox oynayan oyunçular yorulmayıblar və heç nəyi həll etməyən bu oyunda oynamaq istəyirlər? Xeyr. Amma onlar gedirlər, çünki getməlidirlər.

Bu cür qərarlar soyunma otağında problemlərə səbəb ola bilər və mən hələ də əminəm ki, elə oyunçular var ki, Mbappeye olan bu xoşrəftarlıqdan bezib", - deyə Roten qeyd edib.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Tofiq Bəhramov adına Respublika stadionunda Fransa yığması ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

14 Noyabr 2025