• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Axtarışda olan 241 nəfər saxlanıldı

CƏMİYYƏT

15 Noyabr 2025 | 10:34 | Müəllif: Zeynəb Rzayeva

Axtarışda olan 241 nəfər saxlanıldı

Ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026