• Bakı C

    11.27 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1189

Metroda problem yarandı - YENİLƏNİB

CƏMİYYƏT

15 Dekabr 2025 | 09:33

Metroda problem yarandı - YENİLƏNİB

"Bakı Metropoliteni" QSC qatarların intervalında gecikmə məsələsinə aydınlıq gətirib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib.

Qeyd olunub ki, Bakı Metropolitenində sərnişin sıxlığı səbəbi ilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanması müşahidə olunur:

"Nəticədə, qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanırlar. Bu isə arxadan gələn qatarların tunellərdə və stansiyalarda dayanmasına səbəb olur. "Qırmızı" və "Yaşıl xət"lər "28 May" stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub. Sərnişinlərimizdən xahiş edirik ki, gecikmələrə yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər".

***

09:05

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir.

“Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.


SON XƏBƏRLƏR

14 Dekabr 2025