• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İşdən çıxarılan icra başçısı 200 min manatı bu sahibkardan istəyibmiş

CƏMİYYƏT

13 Yanvar 2026 | 21:34 | Müəllif: Subhan Mahmudov

İşdən çıxarılan icra başçısı 200 min manatı bu sahibkardan istəyibmiş

Bakının Nəsimi rayonunun ayyarımlıq icra başçısı Elxan İbrahimovun işdən çıxarılmasının təfərrüatı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, Axar.az-ın əldə etdiyi məlumata görə, E.İbrahimovun işdən azad edilməsinə səbəb iş adamlarından böyük məbləğdə pul tələb etməsi olub.

Bildirilir ki, yeni vəzifəsinə təyin olunan kimi Elxan İbrahimov məşhur “Ağçiçəyim” mağazalar şəbəkəsinin üzərinə 200 min manat öhdəlik qoyub.

Şirkət rəhbərliyi də buna görə ölkə rəhbərliyinə şikayət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026