ABŞ Prezidenti Donald Tramp BBC-nin “Panorama” proqramının onun çıxışlarından birini dəyişdirdiyini bildirərək, kanala qarşı 5 milyard dollar məbləğində iddia qaldıracağını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri məlumat yayıb.
Bildirilib ki, Tramp iddianın gələn həftə rəsmi olaraq təqdim ediləcəyini deyib və məbləğin 1 milyard ilə 5 milyard dollar arasında olacağını qeyd edib.
ABŞ Prezidenti söyləyib ki, hadisə nəticəsində Böyük Britaniyanın Baş naziri Keyr Starmer ona çox utandığını deyib və həftəsonu bu məsələ ilə bağlı baş nazir ilə danışacağını vurğulayıb.
Qeyd edək ki, BBC cümə axşamı Trampdan üzr istəyib və montajı səhv qərar adlandırıb. Hadisə BBC-ni son onilliklərin ən ciddi böhranı ilə üz-üzə qoyub, iki yüksəkvəzifəli rəhbərin istefasına və quruma siyasi təzyiqlərin artmasına səbəb olub.
Bakı 



