• Bakı 13° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Putin və Netanyahu arasında telefon danışığı oldu

DÜNYA

15 Noyabr 2025 | 23:33

Putin və Netanyahu arasında telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Netanyahu telefon danışığı zamanı Qəzza zolağı da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər:

“Yaxın Şərqdəki vəziyyət, o cümlədən atəşkəs razılaşmasının icrası və məhbusların mübadiləsi kontekstində Qəzza zolağında baş verən hadisələr, İranın nüvə proqramı ilə bağlı vəziyyət, Suriyada gələcək sabitliyin təmin edilməsinə köməklik məsələləri ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb”.

 


SON XƏBƏRLƏR

15 Noyabr 2025