Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov “X”də məlumat paylaşıb.
Onun sözlərinə görə, görüş çox səmərəli, açıq və qarşılıqlı etimad ruhunda keçirilir, bölgənin davamlı inkişafı, təhlükəsizliyi və rifahının ən aktual məsələləri ətraflı müzakirə olunub.
“Bu görüşün digər mühüm cəhəti də bu formatda ilk dəfə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakıdır ki, bu da yaxın dostumuz və tərəfdaş dövlətimizlə çoxşaxəli münasibətlərimizin daha da genişləndiyini göstərir”, - o qeyd edib.
Bakı 



