• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Ermənistan Azərbaycanın tələbini yerinə yetirəcək, amma... - AÇIQLAMA

SİYASƏT

15 Dekabr 2025 | 16:55

Ermənistan Azərbaycanın tələbini yerinə yetirəcək, amma... - AÇIQLAMA

Erməni ekspert Vardan Poqosyan deyib ki, Ermənistan hökuməti Konstitusiyanı Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirəcək. Onun sözlərinə görə, hakimiyyət bu tələb çərçivəsində Ermənistanın əsas qanununu dəyişdirməyə hazırlaşır.

Xatırladaq ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müvafiq bəndin Ermənistan Konstitusiyasından çıxarılmasından gedir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda Konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçiriləcəyi gözlənilir.

Siyasi şərhçi Azər Qasımov Bakıvaxtı.az-a deyib ki, Ermənistan Konstitusiyası 5 iyul 1995-ci ildə qəbul olunib və 2005-ci və 2015-ci illərdə dəyişikliklər edilib.

Ekspert vurğulayıb ki, Ermənistan Konstitusiyası İstiqlaliyyət Bəyyannaməsində yer alan "ümummilli dəyərlər"in əsas hədəf götürüldüyünü bəyan edir:

"Bəyannamə isə qonşu Türkiyə Respublikasının şərq əyalətlərini "Qərbi Ermənistan" adlandırır. Beynəlxalq birlik tərəfindən dövlət olaraq tanınmayan "Dağlıq Qarabağ Vilayəti"nin Ermənistanla birləşməsi haqqında ortaq qərara əsaslanır. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir”.

Onun sözlərinə göprə, beləliklə, birbaşa Ermənistan Konstitusiyasında olmasa da, istinad etdiyi İstiqlaliyyət Bəyannaməsində qonşu ölkəyə ərazi iddiası irəli sürülür.

Azər Qasımov: İstənilən halda Ermənistan tərəfi öz Konstitusiyasını dəyişməlidir

Müsahibimiz bildirib ki, yəni Ermənistan hökumətinin təkzib etməsinə baxmayaraq, qeyd edilən məsələ doğrudur və mütləq dəyişdirməlidir:

“Bu, eyni zamanda Türkiyəyə qarşı olan ərazi iddialarını da özündə ehtiva edir. Ermənistan rəhbərliyi Azərbaycan tərəfinin tələbini yerinə yetirəcək, amma seçki öncəsi özünü güclü göstərmək istəyir. Daha doğrusu, ictimaiyyətdə "Konstitusiya birbaşa Azərbaycan və Türkiyənin tələbi ilə dəyişdirilir" fonu yaranmaması üçün mütəmadi açıqlama verir ki, "Konstitusiya dəyişikliyinin Bakı və Ankaraya aidiyyəti yoxdur"”.

Politoloq qeyd edib ki, müxalifət isə bu məsələdən seçki öncəsi Paşinyan hökumətinə qarşı istifadə edir:

“İstənilən halda Ermənistan tərəfi öz Konstitusiyasını dəyişməlidir. Bizim üçün də əsas olan məhz budur".

Aydın Baxış


SON XƏBƏRLƏR