• Bakı C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

SİYASƏT

15 Dekabr 2025 | 18:41

Gültəkin Hacıbəyli Türkiyədən 5 illik deport olunur

Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

    O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.

    Gültəkin Hacıbəyli qeyd edib ki, noyabr ayının 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Geri Göndərmə Mərkəzinə gətirilib.

    3 gün əvvəl isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb.


    SON XƏBƏRLƏR

    24 Yanvar 2026