Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və rabitə sektorunda orta aylıq nominal əməkhaqqı 1 864 manat təşkil edib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici dövlət sektorunda 1 597 manat, özəl sektorda isə 2 045 manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə sektorda orta aylıq nominal əməkhaqqı 12%, o cümlədən dövlət sektorunda 8,9%, özəl sektorda isə 13,2% artıb.
Noyabrın 1-nə sektorda muzdla çalışan işçilərin sayı 34,3 min nəfər olub ki, bu da bir il əvvəlki göstəricidən 0,3% çoxdur.
Bakı 



