• Bakı 22° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Prezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTOLAR

SİYASƏT

15 Noyabr 2025 | 16:15 | Müəllif: Subhan Mahmudov

Prezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTOLAR

Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirildi.

Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulandı.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunuldu.

Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

14:33

Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şövlət Mirziyayev ilə təkbətək görüşü olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.


Prezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTOLARPrezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTOLARPrezidentlərin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026