• Bakı C

    7.32 m/s

  • USD - 1.7

    EUR - 1.9945

    RUB - 2.1237

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 %-dən çox artıb

CƏMİYYƏT

15 Noyabr 2025 | 12:03

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11 milyard 867,1 milyon manat olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 938,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 158,7 manatlıq və ya 2024-cü ilin eyni dövrüı ilə müqayisədə nominal ifadədə 159,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


SON XƏBƏRLƏR

15 Dekabr 2025