• Bakı 15° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Globalinfo.az 3 yaşında

MEDİA

15 Noyabr 2025 | 11:48

Globalinfo.az 3 yaşında

Bu gün Globalinfo.az saytının 3 yaşı tamam olur.

Bakıvaxtı.az bildirir ki, Globalinfo.az saytı 2022-ci ilin avqust ayında yaradılıb. 

15 sentyabr 2022-ci il tarixdə test rejimindən online rejimə keçib. 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb. 

Saytının təsisçisi Əməkdar jurnalist Azər Ayxandır.

Sayt qısa müddətdə ölkə informasiya məkanında özünəməxsus mövqe qazanaraq, oxucuların etimadını doğrultmağı bacarıb. 

Saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.

Ad günü ilə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşən Azər Ayxan bildirib ki, bu müddətdə ortaya ciddi və sanballı iş qoymağa çalışıblar:

“Nə dərəcədə bacardıq, nail olduq, bunu oxucu deyə bilər, peşəkarlar, media mütəxəssisləri söyləyə bilər. Özümüzə gəlincə... Düşünürük, uğurlu alınıb. Bu şərtlərdə, bu imkanlarla 3 ilə nə etmək mümkündürsə, onu edə bilmişik inancındayıq. Daha yaxşı nəticələr üçün çalışırıq”. 

Bakıvaxtı.az olaraq, Globalinfo kollektivini təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Noyabr 2025