Azərbaycan Radiosunda yeni təyinat olub.
Bakıvaxtı.az xəbər verir ki, belə ki, radionun direktoru vəzifəsinə tanınmış jurnalist Billurə Aslanqızı təyin olunub.
Qeyd edək ki, Billurə Aslanqızı Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin "Xəzər”, "Gənclik” və "Səhər” redaksiyaları ilə əməkdaşlıq edib, tematik süjetlər və rubrikalar hazırlayıb (1997-2000). Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb (2001-2005).
"Xəzər" Televiziyasında "Yaxşısı budur" verilişinin redaktoru və aparıcısı, "Aynadakı mən” proqramının müəllifi və aparıcısı olub. "Əsl insan haqqında...” kitabının (2016) və "Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” (2017) dərs vəsaitinin müəllifidir.
2018-ci ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı, Azərbaycan televiziyasında yayımlanan "Multikulturalizm” verilişinin aparıcısı və müəllifidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs deyr. Filologiya üzrə fəlsəfə doktorudur.
Bakı 



