• Bakı 15° C

    6.11 m/s

  • USD - 1.7

    EUR - 1.9792

    RUB - 2.1079

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi dünya çempionatında iştirak edəcək

İDMAN

15 Noyabr 2025 | 14:00

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi dünya çempionatında iştirak edəcək

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi 17-24 noyabrda İspaniyanın Linares şəhərində keçiriləcək komandalar arasında dünya çempionatında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.

Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmalarıyla eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna,Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.

Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaq. Komandanın kapitanı İlahə Qədimova olacaq.


SON XƏBƏRLƏR

14 Noyabr 2025