• Bakı 19° C

    2.68 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Əyləncədən FACİƏYƏ – Skuter sürənlər təlimlərə cəlb OLUNACAQ?

CƏMİYYƏT

13 May 2025 | 14:24

Əyləncədən FACİƏYƏ – Skuter sürənlər təlimlərə cəlb OLUNACAQ?

Son illərin ən asan və yüngül nəqliyyatı sayılan elektroskuterlər həm də günümüzün ən təhlükəli vasitəsinə çevrilib.

Yollarda, küçələrdə onların hərəkəti üçün xüsusi zolaqlar, keçid yerləri qoyulsa da, bu nəqliyyatla bağlı qəzalar azalmır.

Üstəlik skuterlər park və meydanlarda da hər an piyadaların kabusu kimi ətrafda dolaşır.

Hərçənd, bu məkanlardan biri - Bakı bulvarı ərazisində əhalinin istirahət etdiyi yerlərdə skuterlərin idarə olunması ötən il qadağan edildi. Onlara xüsusi zolaq ayrıldı.

Amma buna baxmayaraq, qəzalar, xəsarət almalar yenə də davam edir. Bakının ən böyük istirahət məkanı olan bu ərazidə kiçik diqqətsizlik skuter qəzasına səbəb ola bilər.

Üstəlik, skuter qəzalarına onu sürmək həvəsində olan azyaşlıların bu nəqliyyatdan yıxılıb ağır xəsarət alması, zədələnməsi xəbərləri də bura əlavə edildi.

Ən ağrılısı isə dünən Qazaxda baş verib. Parkda skuter sürən 2009-cu il təvəllüdlü V. Pərvanəyev yıxılaraq ağır kəllə-beyin travması alıb. Yeniyetmə xəstəxanaya aparılarkən  yolda dünyasını dəyişib.

Baş verən bu faciə bir daha müsair olduğu qədər təhlükəli olan bu nəqliyyat qəzalarından necə qorunmalıyıq mövzusunu aktual etdi.

Yeri gəlmişkən onu da bildirək ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi velosiped və skuter idarə edənlərə müraciət etdi. Skuter (kiçik elektrik nəqliyyat vasitələrini) idarə edənlərə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, habelə ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etmək, yolun sağ kənar zolağı ilə hərəkət etmək tövsiyə olundu.

Bakıvaxtı.az-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya danışan   nəqliyyat eksperti Eldəniz Cəfərovun fikincə, sürücülük təlimləri ciddi öyrədilmir :

“Paytaxtda, Sumqayıt və Gəncədə sürücülük məktəblərinə, kurslarına qismən də olsa, nəzarət var. Düzdür, onların da bəziləri formal fəaliyyət göstərir. Amma bölgələrdə sürücülük bacarığı, sürücülük qabiliyyəti yetərli qədər öyrədilmir, aşılanmır. Buna görə də biz yollarda qəzaların sayını azalda bilmirik.

Diqqət etsəniz, görərsiniz ki, təcrübəli sürücü də, təcrübəsiz sürücülər də qaydaları pozurlar.

Belə yeniyetmələr isə təcrübəsiz sürücülərə aiddirlər. Fərqi yoxdur, avtomobil sürür, yoxsa skuter. Yenə də onlar bu nəqlliyyatı idarə etməyə baçlamazdan öncə müəyyən kurslar keçməlidir, təhsil almalıdırlar. Bu kurslar elə təhsil verməlidir ki, biz yollarda biz belə qəzalarla rastlaşmayaq. Ən azı qəza vəziyyəti yarandıqda nəqliyyat vasitəsini idarə edən şəxslər bu riskdən yayına bilsinlər. Təəssüf ki, bu problem kəskin olarq qalır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi sürücülük məktəbləri, sürücülük kursları ilə ciddi məşğul olmalıdır”.

Ekspert bildirib ki, bu problem yalnız sürücü və piyadalara müraciətlə düzəlməyəcək:

“Əməli işlər görülməlidir. Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramı yenidən gündəmə gəlməlidir. Bu proqramı 1918-ci ildə Cənab Prezident imzalayıb sərəncama göndərmişdi. Proqram 2019-2023-cü illər ərzində həyat keçirirlməli idi. Hər qururm üzərinə düşən işi görməli idi ki, ölkədəki qəzaların sayını heç olmazsa 30 faiz azalsın.

Təəssüf ki, həmin proqramın bir sıra müddəaları hələ də həyata keçirilməyib. Ona görə də biz qəzaların sayını azaltmaq istəyiriksə, o proqram yenidən gündəmə gəlməlidir və yeni 2025-2030 -cu illəri əhatə etməlidir. Ən azından biz 5 il ərzində yenidən bu məsələyə ciddi yanaşıb həmin tələblərin hamısını yerinə yetirməliyik”.


SON XƏBƏRLƏR