• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək

DÜNYA

17 Noyabr 2025 | 14:27 | Müəllif: Əli Hüseynov

Fransa Ukraynaya "Rafale" qırıcıları və SAMP/T HHM sistemləri verəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Unian" məlumat yayıb.

    Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.

    Məlumata görə, razılaşma çərçivəsində Ukraynaya “Rafale” döyüş təyyarələri və ballistik raketləri məhv etmək qabiliyyətinə malik SAMP/T hava hücumundan müdafiə sistemi veriləcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026