Rusiya Təhlükəsizlik qüvvələri Rostov vilayətindəki cəzaçəkmə müəssisəsində Orta Asiya ölkələrindən olan məhbuslar tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyada terrorçu kimi tanınan təşkilatın tərəfdarları olan şübhəlilər həbsxana işçilərini girov götürmək və müəssisənin binalarını yandırmaq üçün plan hazırlayıblar.
"Məhbuslar terror aktını həyata keçirə bilməyiblər, çünki onların hərəkətləri Rusiya Federal Təhlükəsizlik əməkdaşları tərəfindən dayandırılıb. Axtarış zamanı şübhəlilərin üzərindən iti bıçaqlar və ekstremist materiallar olan mobil telefonlar tapılıb", - KİV yazıb.
Bakı 




