NATO qırıcıları noyabrın 17-dən 23-dək Estoniya üzərində bir sıra təlim uçuşları həyata keçirəcək.
Bakıvaxtı.az "ERR"ə istinadən xəbər verir ki, bəzi uçuşlar aşağı hündürlükdə, lakin yerdən 152 metrdən aşağı olmayan yerlərdə həyata keçiriləcək.
Təlimlərə Baltikyanı respublikanın mülki aviasiya xidməti ilə razılaşdırılaraq təyin olunmuş yüksəkliklərdə səsdən sürətli uçuşlar da daxildir.
Qeyd edək ki, NATO müttəfiqləri öz hava qüvvələrinə malik olmayan Baltikyanı ölkələrin səmasına nəzarət edir. 2004-cü ildən etibarən alyansa üzv dövlətlərin döyüş təyyarələri Litvanın Zokniai aviabazasında rotasiya əsasında yerləşdirilir.
2014-cü ildə missiyanın ikinci hissəsi Estoniyadakı Amari aviabazasında yerləşir.
Gülşən Şərif
Bakı 



