• Bakı 12° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Mirzoyan ABŞ dövlət katibinin müavini ilə TRIPP layihəsini müzakirə edib

DÜNYA

17 Noyabr 2025 | 14:51

Mirzoyan ABŞ dövlət katibinin müavini ilə TRIPP layihəsini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin (Zəngəzur dəhlizi) həyata keçirilməsinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Vaşinqtonda əldə etdikləri razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

"Mirzoyan və Huker ötən müddətdə razılaşmaların həyata keçirilməsində əldə edilən irəliləyişləri qeyd edərək "Tramp Marşrutu"nun həyata keçirilməsinə hazırlıq barədə fikir mübadiləsi aparıblar", - məlumatda qeyd edilib.

Həmsöhbətlər, həmçinin Ermənistan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafı məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını vurğulayıblar.

"Ermənistan-ABŞ ikitərəfli gündəliyinin genişləndirilməsinə, strateji tərəfdaşlığın zənginləşdirilməsinə yönəlmiş siyasi dialoqda, həmçinin qurulmuş sülhün ardıcıl möhkəmləndirilməsində ABŞ-nin davam edən iştirakında fəal dinamikanı məmnunluqla qeyd edə bilərəm", - A.Mirzoyan vurğulayıb.


SON XƏBƏRLƏR