Niderland prokurorluğu saxta sakitləşdirici və yuxu dərmanlarından zəhərlənmə nəticəsində 27 nəfərin ölümündən sonra genişmiqyaslı araşdırmaya başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə, dərmanlar Limburq əyalətinin iki sakininə məxsus qanunsuz onlayn mağaza vasitəsilə satılıb. Məlumata görə, onlar yüksək asılılıq yaradan reseptli dərmanları satmaq üçün lisenziyasız olublar və dərmanları səhv qəbul edildikdə həyati təhlükəsi yaranıb.
Prokurorluğun məlumatına görə, bu onlayn mağazadan alınan dərmanları qəbul etdikdən sonra ən azı 27 nəfər ölüb. Onlardan 10-dan çoxu dərmanları ölümlərindən iki həftə əvvəl alıb. Müstəntiqlər mağazanın fəaliyyətinin daha 22 ölüm hadisəsi ilə əlaqəli ola biləcəyi ehtimalını istisna etmirlər. Müştərilər arasında yetkinlik yaşına çatmayanlar da var idi. Satılan bəzi maddələr bu yaxınlarda Niderlandda narkotik maddələr siyahısına əlavə edilib.
Bakı 



