• Bakı 11° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Yadigar Muradovun beyninə qan sızdı

CƏMİYYƏT

17 Noyabr 2025 | 18:12

Yadigar Muradovun beyninə qan sızdı

“Atamın beyninə gedən qan damarları sıxılıb deyə beyinə qan sızıb. Onun həyata qayıdışı Allahın möcüzəsinə qalıb. Həkimlər heç nə deyə bilmirlər. Hamımız böyük ümidlə gözləyirik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, atası Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülüb.

“İndi ilk iş insultun nəticələrini aradan qaldırmaqdır. Atamın bədəni bərpa olunmalıdır ki, onu ikinci dəfə əməliyyat edə bilsinlər. Vəziyyəti çox ağırdır, nə danışa, nə də hərəkət edə bilir. Gözlərini açıb ətrafa baxır, amma reaksiya verə bilmir. Atam bu gün Allahın ümidinə qalıb, yalnız onun lütfü ilə həyata qayıda bilər. Həkimlər əllərindən gələni edirlər”.

Qeyd edək ki, 66 yaşlı aktyor Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurdu. O, qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkir. 


SON XƏBƏRLƏR