• Bakı 12° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

DÜNYA

17 Noyabr 2025 | 19:41

İsrail və Gürcüstanın XİN başçıları ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili israilli həmkarı Gideon Saar ilə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Gürcüstan KİV ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, görüş zamanı nazirlər ikitərəfli gündəliyə dair məsələləri müzakirə ediblər. Xüsusilə diqqət iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə yönəldilib.

Tərəflər həmçinin Yaxın Şərqdəki vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar və ABŞ Prezidenti Donald Trampın regionda sülhün bərqərar olunması istiqamətində xüsusi səylərini vurğulayıblar.


SON XƏBƏRLƏR