Finlandiya Kiyevə 3,2 milyard avro ayırıb və bunun da 2,9 milyardı silah alınmasına yönəldilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Finlandiya Prezidenti Aleksander Stubb ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Finlandiya artıq Ukraynaya 3,2 milyard avro, o cümlədən zirehli transportyorlar və döyüş sursatları da daxil olmaqla silah alınması üçün 2,9 milyard avro ayırıb”, - deyə Rutte qeyd edib.
Öz növbəsində Stubb Finlandiyanın Kiyevə indiyədək “30 hərbi yardım paketi” çatdırdığını bəyan edib və Helsinkinin NATO çərçivəsində ABŞ-dan Ukrayna üçün silah alınmasında iştirakını davam etdirəcəyini vurğulayıb.
Bakı 



