• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Qəzza “yaşıl” və “qırmızı”ya ayrılacaq

DÜNYA

17 Noyabr 2025 | 23:39 | Müəllif: Subhan Mahmudov

Qəzza “yaşıl” və “qırmızı”ya ayrılacaq

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Qəzza zolağının iki ayrıca zonaya bölünməsi ilə bağlı plan hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşrin yazdığına görə, planda Qəzza “yaşıl” və “qırmızı” zonalara ayrılır.

“Yaşıl zona” zolağın şərq hissəsini əhatə edəcək və İsrail ilə beynəlxalq qüvvələrin nəzarətində olacaq. Bu ərazidə genişmiqyaslı bərpa proqramının həyata keçirilməsi nəzərdə tutulur.

“Qırmızı zona” isə Fələstin silahlı qruplarının nəzarətində qalacaq və “dağıntılar altında” olan ərazi kimi qalacağı bildirilir. ABŞ tərəfinin qiymətləndirməsinə görə, vəziyyətin ağır saxlanması yerli sakinləri “yaşıl zonaya” köçməyə sövq edə bilər.

Qeyd edək ki, Qəzza zolağında oktyabrın 10-dan etibarən rəsmi atəşkəs qüvvədədir. ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə bir sıra girovlar azad edilib, həlak olanların cəsədləri tərəflərə qaytarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR