• Bakı C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Hindistanın xarici işlər naziri ŞƏT-in iclasında iştirak edəcək

SİYASƏT

17 Noyabr 2025 | 17:02

Hindistanın xarici işlər naziri ŞƏT-in iclasında iştirak edəcək

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiyanın paytaxtına səfər edib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Hindistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumata görə, o, səfir və Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Aleksey Pavlovski tərəfindən qəbul edilib.

Cayşankarın Rusiya xarici işlər naziri Sergey Lavrovla da danışıqlar aparması planlaşdırılır.

 Nazirlər qarşıdan gələn siyasi təmasları müzakirə edəcək və əsas qlobal problemlər üzrə qeydləri müqayisə edəcəklər. 

Gülşən Şərif


SON XƏBƏRLƏR