• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Əbu-Dabi görüşünün əhəmiyyəti

SİYASƏT

17 Dekabr 2025 | 12:37

Əbu-Dabi görüşünün əhəmiyyəti

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev Əbu-Dabidə səfərdədir. Dövlətimizin başçısının BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyən ilə görüşü təkcə ikitərəfli diplomatik protokol çərçivəsində deyil, regional və qlobal proseslərin fonunda qiymətləndirilməlidir.

Son illər Yaxın Şərqdə və Cənubi Qafqazda formalaşan yeni geosiyasi balans fonunda Azərbaycan-BƏƏ münasibətləri daha praqmatik və strateji xarakter alıb. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, investisiya axınları və texnoloji əməkdaşlıq bu dialoqun əsas sütunlarını təşkil edir.

Bu görüş həm də Azərbaycanın Orta Şərqdə balanslaşdırılmış və etibarlı tərəfdaş imicini gücləndirdiyini göstərir. BƏƏ kimi regional təsir imkanları geniş olan bir dövlətlə intensiv siyasi təmaslar Bakının çoxvektorlu xarici siyasətinin praktik nəticəsidir. Eyni zamanda, görüş regiondakı gərginliklər fonunda Azərbaycanın sabitlik, dialoq və əməkdaşlıq xəttinə sadiqliyinin mesajı kimi oxunur.

“Gələcəyin oyunları 2025” tədbirində birgə iştirak isə siyasi dialoqun yumşaq güc elementləri ilə tamamlandığını göstərir. Bu, tərəflər arasında münasibətlərin təkcə rəsmi danışıqlarla deyil, uzunmüddətli ictimai və institusional əlaqələrlə möhkəmləndirildiyinə işarədir. Ümumilikdə, Əbu-Dabi görüşü Bakı-Abu-Dabi xəttində səssiz, amma dərin strateji yaxınlaşmanın növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

16 Dekabr 2025