• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Həftəsonu çox yatanlara həkimdən XƏBƏRDARLIQ

CƏMİYYƏT

17 Noyabr 2025 | 19:24 | Müəllif: Subhan Mahmudov

Həftəsonu çox yatanlara həkimdən XƏBƏRDARLIQ

Həftəsonu çox yatmaq bazar ertəsi oyana bilməyi çətinləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu rusiyalı ekspert, somnoloq Sofia Çerkasova deyib. 

"Həftəsonu çox yatmaq cəhdləri iş günlərinin əvvəlində problemlər yarada və bazar ertəsi oyana bilməyi xüsusilə çətinləşdirə bilər.

İnsanlar adətən iş günlərində kifayət qədər yatmadıqları üçün şənbə və bazar günləri daha çox yatırlar. Bu zaman iş günləri və həftəsonu oyandıqda vaxt fərqi altı- yeddi saata çata bilər.

Məsələn, bir şəxs cümə günü səhər saat 6-da oyansa, şənbə günü günorta saat 12-də oyanır. Bu, saat qurşaqlarını kəskin dəyişmək kimi təsir yaradır. Belə rejimdə bazar ertəsinə çatanda daxili saatlar pozulur və erkən oyanmaq çox çətinləşir".

Somnolog xəbərdarlıq edir ki, həftəsonu çox yatmaq vərdişi bazar ertəsi günorta vaxtı insanın özünü yorğun və gücsüz hiss etməsinə səbəb ola bilər. Eyni zamanda, insanı dayanmadan yuxu tutma hissi əhatə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026