• Bakı C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Dünyanın ən çirkli ölkələri açıqlandı: Azərbaycan 95-ci yerdədir 

DÜNYA

17 Noyabr 2025 | 17:14

Dünyanın ən çirkli ölkələri açıqlandı: Azərbaycan 95-ci yerdədir 

Dünyanın 115 ölkəsində 2025-ci ilin ilk yarısı üzrə çirklənmə göstəricilərini araşdırılıb və ən təmiz, həmçinin ən çox çirklənmiş ölkələrin reytinqi açıqlanıb.

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, araşdırma tədqiqat təşkilatı "Numbeo" tərəfindən həyata keçirilib. 

Məlumata görə, reytinq ölkələrin aşağıdakı meyarlar üzrə qiymətləndirilməsinə əsaslanır. Bura ətraf mühitin qorunması və məlumatın əlçatanlığı, hava çirkliliyinin səviyyəsi, içməli suyun keyfiyyəti və mövcudluğu, suyun çirklənmə dərəcəsi, tullantıların yığılması və təmizlənməsi ilə bağlı əhalinin məmnunluğu, yaşıl zonaların və parkların əlçatanlığı, ümumi rahatlıq göstəriciləri və s. amillər daxildir.

Bu meyarlara əsasən, 99 ölkə arasında Azərbaycan 90-cı yerdə məskunlaşıb. Daha yaxşı nəticələri Türkiyə (27-ci yer), Ermənistan (61-ci yer) və Rusiya (57-ci yer) əldə edib.

Araşdırmaya əsasən, dünyada ən yüksək çirklənmə göstəricisi Suriyada qeydə alınıb, ən təmiz hava isə Tayvanda müşahidə olunur.

Dünyanın 5 ən çirkli ölkəsi:

Suriya

Venesuela

Banqladeş

Monteneqro

İraq

Dünyanın 5 ən təmiz ölkəsi:

Tayvan

Cənubi Koreya

Niderland

Yaponiya

Avstriya

Gülşən Şərif


SON XƏBƏRLƏR