Madrid “Real”ı hazırkı mövsümün ardından komandanın iki müdafiəçisi ilə vidalaşmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Qəzet yazır ki, klubdan ayrılmağa hazırlaşan futbolçular Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger və Avstriya millisinin üzvü David Alabadır. Bildirilir ki, “Real” rəhbərliyi hər iki oyunçunun tez-tez zədələnməsindən narazıdır.
Qeyd edək ki, həm Rüdigerin, həm də Alabanın Madrid klubu ilə müqavilələri gələn yay başa çatır. Alaba “Real”a 2021-ci ildə, Rüdiger isə 2022-ci ilin yayında transfer olunub.
Bakı 



