• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini AÇIQLADI

İDMAN

16 Dekabr 2025 | 22:01

FIFA 2025-ci ilin ən yaxşı futbolçusu və məşqçisini AÇIQLADI

Fransanın PSJ klubunun futbolçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu, çalışdırıcı Luis Enrike isə ən yaxşı məşqçisi seçilib.

Bakıvaxtı.az xəbər verir ki, onların mükafatlandırılma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi ötən mövsüm Fransa Liqa 1, Fransa Kuboku və Super Kubokunun çempionu, həmçinin Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub. Usman Dembele Liqa 1-də 25 qolla 2024/2025 mövsümünün bombardiri olub. Ümumilikdə isə Dembele ötən mövsüm PSJ-də 53 oyun keçirib, 35 qol vurub və 16 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR