q
  • Bakı 14° C

    6.68 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalandı

İDMAN

14 Yanvar 2026 | 21:20

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalandı

AFFA Azərbaycan futbolunun beynəlxalq imicini artırmaq məqsədilə FIFA ilə lisenziya müqaviləsi imzalayıb.

Bu barədə Bakıvaxtı.az-a AFFA-dan məlumat verilib. Saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və videoməzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, Yüksək Qızlar Liqasının hər turdan seçilmiş iki matçı, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, həmçinin sənədli filmlər və tələb üzrə videoməzmun daxildir. Qarşılıqlı razılaşma əsasında əlavə yarışlar da daxil edilə bilər.

Seçilmiş məzmun Azərbaycan futbolunun beynəlxalq rəqəmsal mövcudluğunu daha da gücləndirmək və AFFA-nın qlobal əhatə dairəsini genişləndirmək səylərini dəstəkləmək üçün FIFA-nın rəsmi yayım xidməti olan FIFA+-da təqdim oluna bilər.


SON XƏBƏRLƏR

05 May 2026