• Bakı C

    7.47 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Nəriman “Qarabağ”da onları qabaqladı

İDMAN

16 Dekabr 2025 | 21:57

Nəriman “Qarabağ”da onları qabaqladı

“Qarabağ”ın heyətində çıxış edən azərbaycanlı futbolçuların 21 yaşına qədərki karyera dövründə klub və avrokuboklarda əldə etdikləri statistik göstəricilər məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, futbolçuların erkən yaş dövründəki performansı aşağıdakı kimi qeydə alınıb:

Ramil Şeydayev: 21 yaşına qədər 16 qol və assistlə yadda qalıb, avrokuboklarda oyun keçirməyib;

Mahir Emreli: 21 yaşına qədər 21 qol və assist edib, avrokuboklarda 1 qol vurub;

Toral Bayramov: 21 yaşına qədər 7 qol və assistə imza atıb, avrokuboklarda 1 qol müəllifi olub;

Musa Qurbanlı: 21 yaşına qədər 39 qol və assist qeydə alıb, avrokuboklarda isə fərqlənə bilməyib;

Nəriman Axundzadə: 21 yaşına qədər 52 qol və assistlə ən yüksək göstəriciyə sahib olub. Avrokuboklarda 3 qol vurub, 6 assist edib.

Qeyd edək ki, statistik göstəricilərə nəzər saldıqda, məhsuldarlıq baxımından “Ayaks”la oyundan sonra tənqidlərə tuş gələn Nəriman Axundzadə digər futbolçuları qabaqlayıb.


SON XƏBƏRLƏR