• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

AFFA rəsmisi FIFA-nın plenar iclasına qatıldı

İDMAN

17 Dekabr 2025 | 12:55

AFFA rəsmisi FIFA-nın plenar iclasına qatıldı

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva FIFA-nın Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü qismində Qətərin paytaxtı Dohada keçirilən plenar iclasa qatılıb.

Bu barədə Bakıvaxtı.az-a AFFA-nın mətbuat xidmətindən bildirilib.

İlk iclas tanışlıq xarakterli olub, məqsədlərin müəyyənləşdirilməsinə, iş prosedurlarının və digər təşkilati məsələlərin razılaşdırılmasına həsr edilib.

Toplantıda qadın futbolunun inkişafı, müxtəlif regionlarda bu sahə üzrə FIFA layihə və proqramlarının tətbiqi, daha da irəli aparılması məsələləri ilə bağlı müxtəlif tövsiyələr verilir və müzakirələr aparılır.


SON XƏBƏRLƏR

16 Dekabr 2025