• Bakı 12° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Kürdəmir 8 400 abonent susuz qalıb

CƏMİYYƏT

17 Noyabr 2025 | 14:38

Kürdəmir 8 400 abonent susuz qalıb

Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su boru xəttinin partlaması nəticəsində 8 400 abonent susuz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Ağsu-Bəhrəmtəpə yolunun 27-km-də, xəttin Topal-Həsənli kəndi ərazisindən keçən hissəsində, diametri 500 mm olan polietilen boruda baş verib.

Hadisə yerinə dərhal Kürdəmir su meliorasiya sistemlərinin istismarı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqmətində zəruri işləri həyata keçirirlər.

Külüllü –Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına çəkilib, rayonun mərkəzində və 6 kəndində 21 000 nəfər əhaliyə xidmət edir. İdarənin rəis müavini Rəfael Hacıyevin sözlərinə görə, hadisəyə səbəb politelin borularda baş verən deformasiyadır. Qəzanın nəticələri günün sonuna qədər aradan qaldırılacaq və əhali içməli su ilə tam təmin olunacaq.


SON XƏBƏRLƏR