Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.
Bakıvaxtı.az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.
Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: “Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik”.
Həmin görüntüləri təqdim edirik:
Bakı 



