• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

"Boş və çox danışırlar" - Yaşaq Nurinin qızı

CƏMİYYƏT

17 Dekabr 2025 | 13:56

Boş və çox danışırlar - Yaşaq Nurinin qızı

“Sözüm efirdə olan insanlaradır. Boş və çox danışırlar".

Bakıvaxtı.az xəbər verir ki, bunu mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı "Instagram" hesabındakı payaşında yazıb.

O, bacısı Ülviyyənin vəfatından sonra efirə çıxdığına görə tənqidlərə məruz qaldığını bildirib:

"Niyə həmişə mən hədəf oluram? Ağrım və acım mənə aiddir. Qınamaq nəyə lazımdır?! Heç qorxmursunuz ki, bu, sizin də başınıza gələ bilər?! Məni yiyəsiz görmüsünüz?"

"Efirdə danışanlar və şərh yazanlar, gedin işinizlə məşğul olun! Mənim acım mənə aiddir”, - Ülkər Yaşarqızı paylaşımında qeyd edib.

Qeyd edək ki, Ülviyyə Yaşarqızı noyabrın 15-də ürək çatışmazlığından vəfat edib.


SON XƏBƏRLƏR