• Bakı C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı bazara çatdı - FOTOLAR

CƏMİYYƏT

17 Dekabr 2025 | 14:02

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı bazara çatdı - FOTOLAR

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb.

Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.


SON XƏBƏRLƏR