• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Ukraynada elektrik kəsintisinin səbəbi… - Şmıqal

DÜNYA

31 Yanvar 2026 | 17:00

Ukraynada elektrik kəsintisinin səbəbi… - Şmıqal

Bu gün Rumıniya, Moldova və Ukrayna enerji sistemləri arasında texnoloji naszalıq baş verib, bu da ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.

"Bu gün yerli vaxtla saat 10:42-də Rumıniya və Moldova enerjisistemləri arasında 400 kV-luq xəttin və Ukraynanın qərb və mərkəzi hissələri arasında 750 kV-luq xəttin eyni vaxtda sıradan çıxması ilə texnoloji nasazlıq baş verib. Enerji sistemində baş verən xəta Ukrayna elektrik enerjisi şəbəkəsində kəsintilərə və yarımstansiyalarda avtomatik qoruma sistemlərinin aktivləşməsinə səbəb olub.

Hazırda Kiyev şəhərində, Kiyev, Jitomir və Xarkov vilayətlərində qəza xarakterli xüsusi elektrik kəsintisi qrafikləri tətbiq edilib. "Ukrenergo"nun enerji mütəxəssisləri elektrik enerjisi təchizatının bərpası üçün çalışırlar. Yaxın saatlarda işıq yanacaq", - D.Şmıqal qeyd edib.


SON XƏBƏRLƏR

30 Yanvar 2026