• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Uşaq evlərində, küçələrdə tək mübarizə apardın"

ŞOU

31 Yanvar 2026 | 22:26 | Müəllif: Əli Hüseynov

"Uşaq evlərində, küçələrdə tək mübarizə apardın"

"Sən Orxan adıyla uşaq evinə düşdün, amma Doğuş olaraq yenidən doğuldun. Səninlə qürur duyuruq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla bağlı paylaşımında yazıb. O, hazırda "Survivor" yarışmasında olan həyat yoldaşına uğur arzulayıb:

"Uşaq evlərində, küçələrdə tək və tənha mübarizə apardın. Bəzi analı-atalı uşaqlardan fərqli olaraq, taleyini öz əllərinlə yazdın, özünü yaratdın, adını dünyaya tanıtdın. Kimsəsiz bir uşağın uğur dolu hekayəsini tarixə çevirdin. Yüzlərlə hit mahnınla milyonların qəlbini fəth etdin. Bir çoxlarının bacarmadığını bacardın.

Sən mərhəmətli, vicdanlı və böyük qəlbli bir insansan. Biz - sənin ailən səni çox sevirik. Bəli, sənin üçün darıxırıq, səninlə birlikdə həyəcanlanır, bəzən əsəbləşirik, amma bir şeyi heç vaxt unutma: Biz hər zaman sənin yanındayıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026