• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Küləklə bağlı XƏBƏRDARLIQ

CƏMİYYƏT

31 Yanvar 2026 | 16:42

Küləklə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti fevralın 1-i və 2-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Bakıvaxtı.az xəbər verir ki, xəbərdarlıq Azərbaycanın geniş bir hissəsini, o cümlədən qərb, şimal və cənub bölgələrini əhatə edir.

Məlumata görə, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


SON XƏBƏRLƏR

30 Yanvar 2026